Reklam
Reklam

Tarix terminləri lüğəti

aqrar çevriliş

Kənd təsərrüfatında muzdlu əməkdən istifadə olunması ilə bağlı kapitalist münasibətlərinə keçid.

Sənaye inqilabını şərtləndirən əsas amillərdən biri olan A.Ç. ilk olaraq XVI–XVII əsrlərdə İngiltərədə təhkimçiliyin ləğvindən sonra baş tutub. Natural xarakterli feodal təsərrüfatlarından daha yaxşı məhsul istehsal edən fermer təsərrüfatlarının aqrar sahədə aparıcı mövqeyə çıxması, mükəmməl kənd təsərrüfatı alətlərinin yaradılması, əkin sahələrinin münbitliyinin artırılması üçün yeni üsulların tətbiqi, əkinçilik və maldarlıqda məhsuldar bitki sortları və heyvan cinslərinin yetişdirilməsi və s. A.Ç.-in əsas göstəriciləri hesab olunur.

Tarix terminləri lüğəti