Ünsiyyət zamanı istifadə olunan, hamı tərəfindən eyni cür qavranılan simvollar, siqnallar sistemi.
İ.S. semiotikanın əsas tədqiqat obyektidir. Hər bir dil özlüyündə İ.S.-dir. Elm və texnikanın inkişafı ilə bağlı çoxlu belə sistemlər yaradılıb. Lakin dilin İ.S.-i onlardan ən qədimi, ilkini və mürəkkəbidir. Bədii ədəbiyyatda İ.S. dedikdə yalnız dil vahidləri deyil, obrazlar sistemi də başa düşülür.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti