►Hər bir adamın ləyaqətinə, nüfuzuna görə qazandığı yerinin, dəyərinin olduğunu bildirən ifadə.
İfadə qədim oğuzların rəsmi yığıncaq və mərasimlərdə müəyyən sistem üzrə oturmaları (və ya dayanmaları) ənənəsindən qaynaqlanır.
Qәdim oğuzlar tәntәnәli yığıncaqlarda müәyyәn nizamla oturardılar. Hörmәtindәn, tutduğu mövqedən, nüfuz dәrәcәsindәn asılı olaraq adamlar hökmdarın sağında vә solunda, mәclisin yuxarı vә ya aşağı başında әylәşmәli idilәr. «Hәr kәsin öz yeri var», «böyüyün böyük yeri var, kiçiyin kiçik» ifadәlәri bu adәtlә әlaqәdar meydana gәlmişdir.
S.Borodinin (1902–1974) «İldırım Bәyazid» romanında deyilir: «Teymurun monqol xanlarından mәnimsәdiyi vә öz sәltәnәtindә lap çoxdan tәtbiq etdiyi qayda hökmdarın hüzurunda hәr kәsin yerini düzgün müәyyәn edirdi. Ayın öz әtrafında dövrәlәnәn halәsi kimi hamı taxtın әtrafına toplaşmalı idi. Yenә də hәmin qaydaya әmәl olunurdu.
Peyğәmbәrin varislәri, qazılar, ülәmalar, mömin vaiz vә әyan-әşrәflәr taxtın sağ tәrәfindә otururdular. Sәrkәrdәlәr, әmirlәr, xanlar, onminbaşılar rütbәyә görә hәrbi qaydaya әmәl edәrәk sol tәrәfdә әylәşirdilәr.
Divanbәyilәr, müşavirlər vә vәzirlәr Teymurla üzbәüz, onların arxasında isә ayrı-ayrı mәmlәkәtlәrin hakimlәri vә zadәganlar öz yerlәrini tuturdular».
Müasir dilimizdә, әsasәn, mәcazi mәnada işlәnәn bu ifadәnin hәqiqi mәnası real hәyat faktlarından, həm də çağdaş cəmiyyətdəki ictimai münasibətlərdən qaynaqlanır.
Məsəllər, deyimlər