Gürcülərin istifadə etdikləri müstəqil yazı sistemi, əlifba.
G.Y.-nın yaranma tarixi qədim gürcü mənbələrində e.ə. III əsrə aid edilsə də, son tədqiqatlar onun V əsrin əvvəllərində şərqi arami yazısı əsasında tərtib olunduğunu göstərir. Hazırda G.Y.-nda 33 (5 sait və 28 samit) hərf var. Ən qədim G.Y. abidələri V əsrə aid kitabələr hesab olunur.
Tarix terminləri lüğəti