►Doymaq, doyunca zövq almaq, yarımaq, tam tәmin olunmaq.
İfadə insan orqanizminin konkret xüsusiyyəti ilə bağlı yaranmışdır.
Mәlumdur ki, orqanizmdә qurd olanda adam çox yeyir, onun yediyinin çoxunu qurd mәnimsәyir vә buna görә dә insan doymaq bilmir, onda aclıq hissi qalır. Yuxarıdakı tәrkib, әslindә, evfemistik yolla düzәldilmişdir: burada qarındakı qurdu doyurmaq әvәzinә gözün qurdunu yedirmәkdәn vә bununla da onun – gözün (әslindә isә qarının) tәlәbatını ödəməkdən, aclıq hissini öldürmәkdәn bәhs edilir.
Real olaraq belә varlıq – göz qurdu (denotat) yoxdur. «Qarın qurdu» ifadәsi әsasında düzәlәn «qarnı qurdlu» (paxıl, xain) tәrkibi mәnaca diferensiallaşır («qeyri-sәmimi, qәlbiqara, ürәyindәkini gizlәyәn») və mәcazi mәna kәsb edir. Yəni semantik sahә qanunu әsasında ifadənin birinci komponenti olan «qarın» sözü «göz»lә әvәzlənmişdir (göz qurdu).
Məsəllər, deyimlər