►Həddən artıq gözləməkdən yorulmaq, gözləyə-gözləyə qalmaq, usanmaq.
İfadə el arasında qədimdən kök salmış inancla bağlıdır.
Xalq arasında belə bir inam kök salmışdır ki, bir adamın gəlişini və ya hansısa prosesi uzun müddət və həm də intizarla gözləyəndə göz dibində saralma başlayır. Zaman keçdikcə tibb elminin inkişafı nəticəsində bu ehtimalın elmi əsaslara söykəndiyi sübut olunmuşdur.
Müasir oftalmologiya təsdiqləyir ki, göz almasının daxili qatını təşkil edən torlu qişada iki mühüm törəmə vardır: görməyə ən həssas olan sarı ləkə və görmə sinirinin diski. Həmin görmə sinirində isə işığı ötürən sinir lifləri mühüm rol oynayır. Sinir liflərinin (sapların) gərgin işləməsi bəzən işığa həssas olan sarı ləkənin qabarıq nəzərə çarpmasına səbəb olur. Göründüyü kimi, bu məcazi ifadənin əsasında əcdadlarımızın dəqiq müşahidəsi dayanır.
İfadə bəzən «gözünün sapı saralmaq» şəklində də işlədilir.
Məsəllər, deyimlər