►Çox uzaqlarda, heç kimin dəyib-dolaşa bilməyəcəyi bir yerdə olmağı bildirən ifadə.
İfadәnin ən qədim variantını ilk dəfə antik yunan şairi Propersi (e.ə. 43-cü il) işlәtmişdir.
Sevdiyi qızın dərdindən dəli-divanə olan, özünün dediyi kimi, «məhəbbət xəstəliyinə» tutulan şair sevgilisinin laqeydliyinə dözə bilmir. O, şeirlәrinin birindә yazırdı ki, mәhәbbәt xəstәliyindәn sağalmaq üçün yeganә bir çıxış yolu tapmışdır – bu, uzaq bir yerə sәyahәtә çıxmaq mәcburiyyәtidir. Çünki sevgilisi nә qәdәr onun gözündәn uzaq olacaqsa, bir o qәdәr də könlündәn uzaqlaşacaqdır.
İndiki sabit mənası formalaşana qədər bu ifadə fərqli şəkillərdə yozulmuşdur; məsələn, ifadə müəyyən dövrdə sevgilidən, sevimli insandan bəlli bir müddətə uzaqda qalmaq, hansısa dərdin, kədərin dərmanı olmaq kimi anlaşılmışdır. Bəzi dövrlərdə isə əksinə, bu ifadə ilə çox uzaqlarda qalmaq etibarsızlıq kimi təqdim olunmuşdur. Hətta Qәdim Yunanıstanda namәlum bir şair yazmışdı: «Uzaqda yaşayan dostlar dost deyillәr».
Məsəllər, deyimlər