Reklam
Reklam

Tarix terminləri lüğəti

gəctəraşlıq

fars. gəc – əhəng, təbaşir + fars. təraş – yonma

Gəc üzərində bədii oyma, habelə gəcdən tökmə üsulu ilə bədii-memarlıq elementlərinin hazırlanması üzrə dekorativ sənət növü.

İlk nümunələri I əsrə aid olan G. məhsullarından, əsasən, binaların daxili hissəsinin, bəzi hallarda isə xaricinin bəzədilməsində istifadə edilib. Xüsusi olaraq nəzərə çarpdırmaq üçün onları bəzən müxtəlif boyalarla rəngləyiblər. XII–XIV əsrlərdə Azərbaycan Şərqdə G.-ın əsas mərkəzlərindən biri olub. Mömünə xatın türbəsi, Əlincəçay xanəgahı, Mərənd və Urmiya cümə məscidlərinin mehrablarının bəzəkləri G. sənətinin ən yaxşı nümunələri hesab edilir. XV–XVII əsrlərdə kaşıkarlığın inkişafı ilə əlaqədar memarlıqda G.-in əhəmiyyəti azalıb.

Tarix terminləri lüğəti