Reklam
Reklam

Tarix terminləri lüğəti

fortifikasiya

lat. fortificatio < fortis – möhkəm, güclü + facio – edirəm

Qoşunların döyüş mövqelərini möhkəmlətmək, silahlı qüvvələri, mühüm obyektləri və əhalini düşmən hücumundan qorumaq məqsədilə müdafiə qurğuları yaradılması üzrə hərbi mühəndislik sənətinin bir sahəsi.

F. qurğuları çox qədimdən (Misirdə Memfis qalası, Böyük Çin səddi, Gilgilçay səddi və s.) məlum olsalar da, bu termin özü XVI–XVII əsrlərdə meydana gəlib. İstehkam, səngər, süni su maneələri, minalanmış sahələr və s. F. qurğularına misal ola bilər.

See also:

Tarix terminləri lüğəti