Reklam
Reklam

Tarix terminləri lüğəti

Böyük Çin səddi

çin. Chángchéng – hərfi tərcüməsi: uzun divar

Çinin şimal-şərq sərhədləri boyunca uzanan dünyanın ən uzun və möhtəşəm müdafiə sistemi.

İnşasına e.ə. 221-ci ildə Çin imperatoru Sin-Şi-Xuandinin əmri ilə başlanılıb. O, dövlətin şimal-şərq sərhədlərini köçəri xalqların hücumlarından qorumaq və karvan yollarının təhlükəsizliyini təmin etmək məqsədilə bütün sərhəd boyunca başdan-başa sədd çəkilməsi barədə göstəriş verib. Həmin vaxtdan B.Ç.S.-nin tikintisi mütəmadi olaraq əsrlərlə davam edib. Onun indiyədək saxlanmış hissəsi, əsasən, Min sülaləsinin hakimiyyəti dövründə (1368–1644) inşa olunub. Uzunluğu 8.850 km (bəzi məlumata görə, 21.196 km) olan B.Ç.S.-nin hündürlüyü 6,6 m-ə (bəzi yerlərdə 10 m-ə) çatır, eni 5,5–6,5 m təşkil edir. Sədd boyunca gözətçi bürcləri, əsas dağ keçidlərində isə qalalar yerləşir.

Tarix terminləri lüğəti