Geoloji strukturun, yaxud onun əsas elementlərinin eyniliyi, tektonik və atmosfer proseslərinin oxşarlığı, makrorelyefin ümumiliyi ilə xarakterizə olunan ərazi vahidi, materikin bir hissəsi.
F.-C.Ö. fiziki-coğrafi rayonlaşdırmanın ikinci ən böyük azonal vahididir (o, bir neçə coğrafi qurşaqda yerləşə bilər), fiziki-coğrafi sektorun tərkibinə daxildir və öz növbəsində fiziki-coğrafi vilayətlərə, əyalətlərə, rayonlara bölünür. Çox zaman bir neçə ölkə bir F.-C.Ö. təşkil edir (məs.: Britaniya adaları, Pireney yarımadası, Balkan yarımadası), yaxud əksinə, bir ölkə bir neçə F.-C.Ö.-yə bölünür (məs.: Rusiyada Ural, Şərqi Sibir, Orta Sibir, Baykal dağ ölkəsi, Altay-Sayan dağ ölkəsi və s.).
Coğrafiya terminləri lüğəti