►Eşqə düşmək, sevmək, sevgidən güc almaq, hədsiz duyğulanaraq hərəkətlərini tənzimləyə bilməmək.
Bu mәzәli ifadә Әbdürrəhim bəy Haqverdiyevin «Pәri cadu» pyesindәn qaynaqlanaraq yayılmışdır.
Xeyir və şərin mübarizəsindən və insan xislətinin mürəkkəbliyindən bəhs edən bu əsәrdә Tәlxәk әcinnә tez-tez belə bir şeir oxuyur:
Dolaydan keçәn qarı,
Köndәlәn sevdim sәni,
Eşqin vurub çarığıma,
Dik-dik dingildәdir mәni.
Əslində, bu ifadələrin hər biri – «eşqi topuğuna vurmaq» da, «dik-dik dingildәmək» də ayrı-ayrılıqda işlənə bilir və hərəsi də bir-birinə yaxın mənaları ifadə edir.
Məsəllər, deyimlər