Reklam
Reklam

Məsəllər, deyimlər

ƏL ƏLİ YUYAR, ƏL DƏ ÜZÜ

►Qarşılıqlı şəkildə bir-birinin işinə yaramağı bildirən və çox vaxt mənfi çalarda işlədilən ifadə.

İfadə qədim yunan mənbələrindən qaynaqlanır.

Əvvəllər qarşılıqlı anlaşma və dostluğu bildirən bu ifadə tədricən Şərq ölkələrində, daha sonra isə bәzi dillәrdə (xüsusilə Avropada) mənfi çalarda – kinayә, mәzәmmәt mәqamında işlədilmişdir. Hazırda dilimizdə məhz bu məna özünə yer tutub.

İfadәnin әn qədim variantı latınların Pifaqor məktәbinin filosoflarından Epixarmın (e.ə. 450-ci ildə vәfat etmişdir) әsәrlәrindә işlәdilmişdir. Habelә Seneka da (e.ə. 4-cü ildә doğulmuş, eramızın 65-ci ilindә vəfat etmişdir) bu ifadəni «İlaһi Klavdinin balqabaqlaşması» satirasında işlətmişdir.

Məsəllər, deyimlər