yun. ekzo – xarici + yun. genos – yaranma + lat. processus – irəliləyiş
Yer səthində və Yer qabığının üst qatlarında hər hansı xarici qüvvənin təsiri altında baş verən fiziki və kimyəvi proseslər.
Ağırlıq qüvvəsinin, günəş enerjisinin, suyun, buzlaqların, küləyin və s-nin təsiri ilə baş verən aşınma, denudasiya, akkumulyasiya, çökmə hadisələri E.P.-ə misal ola bilər. Bəzi faydalı qazıntı (kömür, manqan, boksit, fosforit və s.) yataqlarının əmələ gəlməsi də bu proseslərin nəticəsidir.
See also:
Coğrafiya terminləri lüğəti