Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

fosforitlər

Tərkibinin 50%-indən çoxu apatit qrupunun amorf və ya mikrokristallik minerallarından ibarət çökmə süxurlar.

Təmiz F.-in rəngi ağ olur. Təbiətdə isə, adətən, qara və boz, nadir hallarda qatışıqlardan asılı olaraq yaşıl, qırmızı, sarı, açıq-boz rənglərdə tapılır. F., adətən, çökmə süxurlar arasında konkresiya formasında, lay (bəzən çox qalın) və dənəli kütlələr şəklində rast gəlir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti