Hər hansı ərazidə (ölkədə, regionda və s.) yaşayan insanların müxtəlif göstəricilərinə – yaşına, cinsinə, irqi, etnik, dini mənsubiyyətinə, yaşayış yerinə, savad dərəcəsinə, gəlirlərinin səviyyəsinə, ailə vəziyyətinə, məşğuliyyətinə görə qruplara bölünməsi.
Ə.T. dünyanın əksər ölkələrində 5-10 ildən bir keçirilən siyahıyaalma zamanı öyrənilir. Ə.T. haqda məlumatlar cəmiyyətin strukturunun, cəmiyyətdə gedən bioloji və sosial proseslərin araşdırılması, daxili siyasətdə buna uyğun dəyişikliklərin aparılması, iqtisadiyyatın təşkili və s. baxımdan mühüm əhəmiyyətə malikdir.
See also:
Coğrafiya terminləri lüğəti