Nəsildən nəslə keçən, morfoloji və fizioloji əlamətləri ilə fərqlənən, ümumi mənşəyə malik insan qrupu.
İ.-lər bir-birindən insanların boyuna, tük örtüyünə, dərinin piqmentasiya dərəcəsinə, üzün quruluşuna, gözün rənginə, başın formasına, qan qruplarının yayılmasına və s. göstəricilərə görə fərqlənir. İnsanların İ.-lərə ayrılması sahəsində bir sıra nəzəriyyələr və bölgü sistemləri mövcuddur, lakin antropoloqlar, əsasən, üç böyük İ.-i seçirlər: avropoid, ekvatorial və monqoloid. Bu əsas İ.-lərdən əlavə, qarışıq İ. qrupları da fərqləndirilir (məs.: Həbəşistan tipi, Cənubi Hindistan tipi, Orta Asiya tipi, Ural tipi, yapon tipi və s.).
Coğrafiya terminləri lüğəti