Müəyyən bir ərazidə (dünyada, ölkədə, regionda) doğulan və ölən insanların sayı arasındakı fərq.
Ə.T.A. tempi hər 1000 nəfərə düşən doğum və ölüm arasındakı fərqlə, yaxud təbii artım əmsalı ilə ölçülür. Ə.T.A. əmsalı təbii artımın əhalinin orta illik sayına bölünməsi və ya doğumla ölüm arasında əmsal fərqinin hesablanması yolu ilə müəyyənləşdirilir, faiz (%), yaxud promil (‰) ilə ifadə edilir. Müsbət əmsal əhalinin artdığını, mənfi əmsal azaldığını göstərir. Ə.T.A. əmsalı ərazidəki ümumi demoqrafik prosesləri xarakterizə edən ən mühüm göstəricilərdəndir. Bu əmsal əsasında hökumətlər təhlükəli demoqrafik proseslərin qarşısını almaq, təbii artım tempini azaltmaq, yaxud əksinə, onu stimullaşdırmaq üçün tədbirlər hazırlayıb həyata keçirir; məsələn, yeni doğulan uşaqlara görə ailələrə pul mükafatı verirlər, analıq məzuniyyətinə görə ödənişləri artırırlar və s.
See also:
Coğrafiya terminləri lüğəti