Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

promil

lat. pro mille – hər minə

Hər hansı kəmiyyətin mində bir hissəsi.

P. faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi P-in tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq P. ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 P. olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da P. ilə hesablayırlar.

Coğrafiya terminləri lüğəti