1. Nikbin sonluqla bitən məhəbbət dastanlarında sevgililərin bir-birinə qovuşduqları son səhnədə oxunan şeir.
Burada tərifləmə, vəsfetmə ünsürləri üstün yer tutur; məsələn:
Ya huridi, ya pəridi,
Behiştdə qılman gözələ,
Bu surətdə, bu sifətdə
Kim deyər insan gözələ? (“Heyratdı Qasım” dastanından)
Sonu kədərli – bədbin şəkildə bitən dastanlarda D. verilmir. D. çox zaman bilavasitə həmin dastanı yaradan sənətkarın adı ilə bağlı olur.
2. Gəlin ər evinə köçdükdən üç gün sonra keçirilən ayin.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti