Reklam
Reklam

Məsəllər, deyimlər

DÜDƏMEYİ-HİNDİ GƏLMƏK

►Cəzalandırmaq, möhkәm döymәk, әzişdirmәk, qorxutmaq, gəliş gəlmək.

İfadənin fars dilində «hind qılıncı» mənasını verən anlayışdan törəndiyi ehtimal olunur.

Ehtimallara görə, «düdәmeyi-hindi» birlәşmәsi Hindistandan gәtirilmiş hind qılıncının adını bildirir. Farscadan alınmış «düdәmә» sözü ikiağızlı, һәr iki üzü (tәrәfi) iti olan qılınc demәkdir. Deməli, ifadәnin obrazlı, mәcazi mәnası da buradan meydana gәlmişdir.

Cəvahirləl Nehrunun «Hindistanın kəşfi» kitabında deyilir: «Firdovsi «Şahnamә»dә göstәrir ki, İsgәndәr İrana soxulanda farslar Hindistana qılınc vә başqa silah üçün adam göndәrirdilәr. İslam meydana çıxana qәdәr әrәblәr qılınca «mühәnnәd» deyirdilәr ki, bu da «hinddәn gәtirilmiş», «hind malı» demәkdir. Bu söz danışıqda indi dә işlәdilir».

Məsəllər, deyimlər