Reklam
Reklam

Məsəllər, deyimlər

DİFİRAMB OXUMAQ

►Mәdh etmәk, kiminsə şəninə ölçüsüz təriflər yağdırmaq, kimisə həddən artıq heyranlıqla tərifləmək.

İfadə qədim yunan mifologiyasından qaynaqlanır.

Buradakı «difiramb» sözü Qədim Yunanıstanda şərab və şənlik ilahı Dionis Vakxın şərəfinə oxunan təntənəli xor mahnısının adıdır. Bu mahnılar vakxanaliyalarda – çox şәn vә gurultulu keçirilәn bayramlarda oxunardı. Beləliklə, «vəsf etmək» mənasında işlənən «difiramb oxumaq» ifadəsi yaranmış, Qәdim Yunanıstanda vә Romada formalaşaraq dünya dillәrinə yayılmışdır.

Əlbəttə, tanrı hesab olunanı adi insanlarla bir tutmaq olmaz, yəni insana difiramb oxumaq yolverilməzdir. Buna görə də müasir dövrdə «difiramb oxumaq» ifadəsini kinayə və narazılıqla işlədirlər. Bu səbəbdən də ifadə daha çox xüsusi məqsədlə kimisə tərifləməyi, ona yaltaqlıq etməyi, yarınmağı vurğulayır.

Məsəllər, deyimlər