lat. de – qeyri, olmayan + lat. militaris – hərbi
1. Müəyyən ərazidə hərbi obyektlərin, qurğuların ləğv edilməsi və bu ərazidə hərbi qüvvələr yerləşdirməyin qadağan olunması.
2. Beynəlxalq qanunlar, yaxud sazişlər əsasında bir dövlətə hərbi qüvvələr, hərbi sənaye yaratmağın qadağan olunması.
Avropada Kipr, Aland, Şpitsbergen adalarında, Asiyada Koreya, Hind-Çin, Ərəbistan və Sinay yarımadalarında D. zonaları mövcuddur.
Coğrafiya terminləri lüğəti