1. Dəniz səviyyəsinə və ətraf ərazilərə nisbətən xeyli hündürdə yerləşən, dağ silsilələri, massivlər və yaylalardan ibarət geniş ərazi.
D.Ö.-də müsbət və mənfi relyef formaları kəskin şəkil alır. Belə ölkələrin mürəkkəb konfiqurasiyası, təbii sərhədləri və adı olur: Alp, Qafqaz, Pamir, Sayan və s. D.Ö. dağ sistemi ilə üst-üstə düşə və ya bir neçə dağlıq ölkə bir dağ sistemi yarada bilər.
2. Ərazisinin böyük hissəsi dağlardan ibarət olan ölkə, digər böyük inzibati ərazi vahidi.
İsveçrə, Çili, Qırğızıstan, Nepal və s. D.Ö.-lərə misal ola bilər.
Coğrafiya terminləri lüğəti