Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

dağəmələgəlmə

Endogen qüvvələrin təsiri altında dağların formalaşması prosesi.

Geoloji tarixdə beş D. mərhələsi olub. Baykal qırışıqlığı zamanı planetin ən qədim platformaları yaranıb. KaledonHertsin qırışıqlıqları zamanı Yerdə ən qədim dağlar – Tyan-Şan, Böyük Suayırıcı, Appalaç, Kap, Baykalətrafı, Skandinaviya, Ural və s., Mezozoy erasında Kimmeri qırışıqlığı mərhələsində Kun-Lun, Tibet, Verxoyansk, Sixote-Alin, qismən Kordilyer və s. dağlar əmələ gəlib. Planetin ən cavan dağları Kaynozoy erasında – Alp qırışıqlığı mərhələsində yaranıb: bu mərhələdə And, Himalay, Qafqaz, Atlas, Hindiquş, Kopetdağ və s. dağlar formalaşıb.

Coğrafiya terminləri lüğəti