►«Əsl həqiqətin yalançı bəzək-düzəyə, əlavə parıltılara ehtiyacı yoxdur» mənasında işlədilən ifadə.
İfadə Qədim Roma şairi Horatsinin (e.ə. 65–8) şeirlərindən qaynaqlanaraq yayılmışdır.
Şair bu məşhur ifadəni ilk dəfə 24-cü odasında işlədib. Ümumiyyətlə, antik dövrün şairləri əmin idilər ki, Həqiqət ilahəsi çayda çimərkən onun çox gözəl geyimini başqası – Yalan ilahəsi oğurlamışdır. Ona görə də Həqiqət çılpaq qalmışdır. Sonralar belə bir qənaət formalaşmışdır ki, əslində, Həqiqət ilahəsinin paltara, əlavə bər-bəzəyə, yalançı parıltılara ehtiyacı yoxdur: həqiqət həmişə həqiqət olaraq qalır.
Bu ifadənin yaranması ilə bağlı mövcud olan başqa bir versiyaya görə, antik dövrün heykəltəraşları həqiqət deyilən bir şeyi çılpaq qadın formasında düzəldirmişlər. Bunun mənası o imiş ki, həqiqət çılpaq şəkildə mövcuddur və onun heç bir əlavə rəngə və bər-bəzəyə ehtiyacı yoxdur.
Latıncada «nuda veritas» şəklində mövcud olan ifadə bu gün dünyanın bir çox dillərində geniş işlənir.
Məsəllər, deyimlər