Reklam
Reklam

Məsəllər, deyimlər

CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR

►Analara yüksək hörmət və ehtiramı bildirmək üçün işlədilən ifadə.

İfadə Məhəmməd peyğəmbərə aid olan bir hədisdən qaynaqlanır.

Ananın müqəddәsliyini әks etdirәn bu hədislə bağlı «Səhihi sünnəni Nesai»də bilgi verilir. Kitabın müəllifi Nesaiyə görə, «Cənnət anaların ayaqları altındadır» ifadəsi heç də bütün anaların cənnətə gedəcəyi anlamında deyilməyib. Hədisdə analardan çox, övladların analara sayğı və hörmət göstərmələrinin vacibliyinə işarə vurulur. Allahın əmrinə zidd olmadığı hallarda bütün analara itaət etmək, onlara sayğı göstərmək cənnətə getməyin başlıca yoludur və bu mənada cənnət anaların ayaqları altındadır.

Ata-ananın böyüklüyü, övladın öz valideynlərinə hörmət və ehtiram göstərməsinin vacibliyi «Qurani-Kərim»in müxtəlif surələrində də xüsusi vurğulanır: «Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara «Uf!» belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: «Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!» – de» («İsra» surəsi, 23–24-cü ayələr).

«Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Biz insana buyurduq: «Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!»

Məsəllər, deyimlər