1. "Çəkmək" feilinin məchul növü.
2. Durduğu, dayandığı yerdən başqa bir şeyin yanına, yaxud başqa bir tərəfə hərəkət edib durmaq; bir yeri tərk etmək. □ Qapıya tərəf çəkilmək.
3. Geri oturmaq, geriyə doğru getmək (getməyə məcbur olmaq). □ Düşmənin qoşunu çəkildi.
4. Kinofilmdə bu və ya başqa rol ifa etmək; oynamaq. □ Artist beş filmdə çəkilmişdir.
5. Yox olmaq, keçib getmək, görünməz olmaq. □ Üzünün şişi hələ də çəkilməyib.
6. Məcazi mənada: dediyindən dönməmək, birinin qabağından qaçmamaq, israr etmək. □ Firəngiz çəkilmədi. Başını qaldırıb Muxtarın gözlərinə baxdı. (B.Bayramov)
7. Əmr şəklində: çəkil! – get! rədd ol! itil! □ ..İtil gözümün qabağından, çəkil! (Ə.Haqverdiyev)
See also: