1. Bir şeyi tutub özünə və ya başqa bir tərəfə dartmaq. □ İpi çəkmək.
2. Özünə tərəf çəkərək açmaq. □ Yazı stolunun yeşiyini çəkmək.
3. Bir şeyi başqa bir şeyin içərisindən çəkib çıxarmaq. □ Qılıncı qınından çəkmək.
4. Dartmaq, tutmaq. □ Çəkib Əmirxanın qolundan Elyar; Apardı onların üstünə sarı. (S.Vurğun).
5. Sıxmaq, dartmaq. □ Cəmil təzə atlaz köynəyi geydi və üstündən əsgər toqqasını bərk çəkdi. (Q.İlkin).
6. Özünə və ya başqasına yaxınlaşdırmaq, yaxın qoymaq. □ Nimçəni qonağa tərəf çəkmək.
7. Lazımi yerə qoymaq, yaxınlaşdırmaq. □ Stolu pəncərəyə tərəf çəkmək.
8. Qolundan və s.-dən tutaraq içəri aparmaq və ya bayıra çıxarmaq. □ Qonaqları içəri çəkmək.
9. Bir yerə və ya bir şeyin yanına aparmaq. □ Mətbəxə çəkmək.
10. Örtmək, bağlamaq, qapamaq; üstünə örtmək, salmaq. □ Pəncərəni çəkmək. Yorğanı başına çəkmək. Adyalı üstünə çəkmək.
11. Sərmək, salmaq. □ Stolun üstünə süfrə çəkmək.
12. Yemək üçün xörəyi qablara qoymaq. □ Aşı nimçəyə çəkdi.
13. Bir şeyin, adətən tütünün tüstüsünü içinə almaq və buraxmaq. □ Çubuq çəkmək.
14. Davam etmək, sürmək, vaxt aparmaq. □ İmtahan üç saat çəkdi.
15. Üyütmək, un, yarma və s. halına salmaq. □ Buğdanı çəkmək.
16. Götürmək, qaldırmaq. □ ..Veys sözünü kəsdi və membranı valın üstündən çəkmək istədi. (Ə.Əbülhəsən).
17. Vurmaq, ilişdirmək. □ Şillə çəkmək.
18. Çəkisini müəyyənləşdirmək. □ ..Götür, bir kəllə çək, görək nə qədər gələr? (C.Məmmədquluzadə).
19. Tikmək, etmək. □ Hasar çəkmək.
20. Kanal, yol və s. düzəltmək; tikmək. □ Şose yolu çəkmək.
21. Telefon, elektrik, radio və s. ilə təchiz etmək üçün müəyyən işlər görmək. □ Telefon çəkmək. İşıq çəkmək. Radio çəkmək.
22. Sürtmək, gəzdirmək, sığallamaq. □ Əlini üzünə çəkmək.
23. Rəsm etmək. □ Kənd mənzərəsi çəkmək.
24. Fotoaparatla şəkil almaq. □ Nümayişçiləri çəkmək.
25. Geymək. □ Plaşını əyninə çəkmək.
26. Rəngləmək, boyalamaq, rəng (boya) sürtmək. □ Evin səqfinə rəng çəkmək.
27. Malalamaq, suvaqlamaq. □ Mala çəkmək.
28. Məcazi mənada: cəlb etmək, həvəsləndirmək, çox maraqlandırmaq. □ Kənd mövzusu rəssamı çəkir.
29. Məcazi mənada: oxşamaq, bənzəmək. □ Ana tərəfə çəkmək.
30. Destillə yolu ilə bir maddədən başqa maddə almaq, tədqiq etmək. □ Spirt çəkmək.
See also: