►Birisinin haqqında pis arzu, bəddua, qarğış kimi işlədilən ifadə.
İfadə gerçək həyat hadisəsindən yaranaraq yayılmışdır.
Qәdim zamanlarda dəqiq ölçü vasitəsi olmadığına görə ölünü basdırmaq üçün qəbir qazmazdan əvvəl meyitin boyunu iplə və ya daha çox qamışla ölçər, beləliklə, qazılacaq qəbrin dəqiq ölçüsünü götürərmişlər. İfadə də elə buradan əmələ gəlib. Sonra ifadə tədricən el arasında semantikasını dəyişərək getdikcə daha çox tənə, qınaq və qarğış kimi işlənmişdir. Bu günümüzdə də həmin ifadə məhz sonuncu mənalarda qəbul olunur.
El arasında bu ifadə ilə yanaşı, «Vayına oturum», «Ehsan aşını yeyim» kimi qarğışlar da işlədilir.
Məsəllər, deyimlər