1. Kiyev Rus dövlətində feodal pərakəndəliyi dövründə bütün knyazlıqların başçılarına verilən titul.
Monqol işğalı dövründə (XIII–XV əsrlər) B.K. titulu əvvəlcə monqol imperatoru, sonra isə Qızıl Orda xanı tərəfindən verilib. Mərkəzləşdirilmiş Rus dövləti yarandıqdan sonra yalnız Moskva knyazı B.K. adlanıb. 1547-ci ildən B.K. – çar, 1721-ci ildən isə imperator titulu ilə əvəzlənib.
2. XVIII əsrdən çarın birbaşa varislərinə verilən titul.
3. XIV–XVI əsrlərdə Litva hökmdarlarının titulu.
Tarix terminləri lüğəti