Reklam
Reklam

Məsəllər, deyimlər

BİZİM DƏ KÜÇƏDƏ BAYRAM OLAR

►«Xoş gün bizə də nəsib olar, biz dә arzumuza, istədiyimizә çatarıq, bayram edərik» mənasında işlədilən ifadə.

İfadə qәdim rus həyat tərzi ilә bağlı yaranaraq yayılmışdır.

Çar Rusiyası dövründә şәһәrlәrdә adamlar öz peşәlәrinә, sənәtlәrinə uyğun olaraq ayrı-ayrı mәһəllәlәrdə yaşayarmışlar: misgərlәr mәhәllәsi, qəssablar mәhəllәsi, tacirlәr mәhəlləsi vә s. Hər məһəllənin xüsusi küçəsi olarmış vә һәr məһəllə ayrıca inzibati-siyasi bir vaһid təşkil edərmiş. Bəzәn müxtәlif ictimai qruplar, peşə nümayәndәlәri arasında ziddiyyәtlər yaranar, ixtilaflar baş verərmiş, hətta bu zaman müxtəlif küçәlәrin adamları arasında dava da düşərmiş.

Bundan әlavә, hər küçәnın adamları özlərinə mәxsus ayrıca bayram günlәri də keçirərmişlər. Bu bayramlarda şadlıq edər, yeyib-içər, çalıb-oynayarmışlar. Bəzən belə bayramlara digər küçәlәrin camaatını da dәvәt edərmişlər. Dәvәt olunanlar isə deyərmişlər ki, onların da küçәsində bayram olasıdır.

Məsəllər, deyimlər