Reklam
Reklam

Məsəllər, deyimlər

BAŞLARDAN MİNARӘ, LEŞLӘRDӘN HASAR

►Qәddarlığın, amansızlığın ən yüksәk həddini bildirmək üçün işlədilən ifadə.

İfadə məşhur türk hökmdar Əmir Teymurun hərbi yürüşləri və onun qəddarlığı ilə bağlı meydana çıxmışdır.

Tarixdәn mәlum olduğu kimi, XIV әsrin sonu – XV әsrin әvvәllәrindә sərtliyi, qәddarlığı ilә mәşһur olan Əmir Teymur (Teymurlәng) insan kəllәlәrindәn minarә qurdurub vә mənbələrdə bu ifadәnin də məhz həmin olaydan qaynaqlandığı bildirilir.

Teymuru hәrbi yürüşlәrdә müşayiәt edәn tarixçi Qiyasәddin Әlinin yazdığına görә, 1387-ci il noyabrın 17-də Teymurun әmri ilә İsfahan әhalisi başdan-başa qılıncla doğranmışdı. Şәhәrdә leşlərdәn böyük dağlar yaranmışdı, şәhәrdәn kәnarda isə ölәnlәrin başlarından uca minarәlәr düzәltmişdilәr ki, bunlar әn uca binalardan da hündür idi.

Məsəllər, deyimlər