►Bərkdən-boşdan çıxmamış, həyatda çətinliklər görməmiş adam haqqında işlədilən ifadə.
İfadə dini rəvayətlərdən qaynaqlanaraq yayılmışdır.
Rəvayətə görə, ölü basdırıldıqdan və onu basdırmağa gəlmiş adamlar qəbirdən yeddi addım uzaqlaşdıqdan sonra yerindən qalxır və qəbirdən çıxıb getmək istəyir, lakin onun başı qəbrin yuxarı hissəsinə qoyulmuş əlhəd daşına dəyir və yalnız bu zaman o, həqiqətən öldüyünü başa düşüb rahat uzanır.
Burada «əlhәd» sözü ərəb dilindəki «ləh(ə)d» (qəbir, ölü basdırılan quyu) sözündən yaranıb. «Әlһәd daşı» ölünün qəbirdə başının söykəndiyi daşdır. Məcazi mənada bu məsəl çətinlik görməmiş, hər şeyə səthi, qeyri-ciddi yanaşan adamlara aid edilərək «hələ bərkdən-boşdan çıxmayıb» mənasında işlədilir, bir hadisədən ibrət götürməyi, çətinliyə düşüb ondan nəticə çıxarmağı bildirir.
Bu ifadə istər yazılı ədəbiyyatda, istərsə də danışıq dilində geniş istifadə olunur.
Çağdaş Azərbaycan dilində «başı әlhәd daşına dәymәk» daha çox işlənsə də, ötən əsr ədəbiyyatında «ləh(ə)d» sözü də işlədilib.
Dilimizdə eynilə bu mənanı bildirən «başı daşdan-daşa dəymək» ifadəsi də işlənir.
Məsəllər, deyimlər