Reklam
Reklam

Məsəllər, deyimlər

BARITI QURU SAXLAMAQ

►Həmişə ayıq-sayıq olmaq, müharibәyә və müdafiәyә hazır olmaq, ehtiyatlı, diqqәtli, tədbirli hərəkət etmək.

İfadә XVII әsr İngiltәrә inqilabının rəhbəri, məşhur sərkərdə Oliver Kromvelə (1599–1658) məxsusdur.

Lord-general O.Kromvel çayı keçәn qoşun hissələrinə müraciətlə deyir: «Ümidinizi Allaha bağlayın, ancaq barıtı da quru saxlayın».

Bu ifadə, əsasən, müharibə aparan tərəfin həmişə sərvaxt, tədbirli olması haqda deyilsə də, sonralar bədii ədəbiyyatda və publisistikada məcazi mənada, ümumiyyətlə, bir şəxsin, kollektivin və ya hansısa sahənin yararlı, çevik və həyat qabiliyyətli olması anlamında işlənib. Azərbaycan dilində bu fikrin qarşılığı olan «ehtiyat igidin yaraşığıdır» kimi məşhur atalar sözü vardır.

Məsəllər, deyimlər