►Hər hansı bölgədə, məkanda və qarışıqlıq ehtimalının olacağı bir yerdə hələlik sakitliyin olduğunu bildirən ifadə.
İfadə «Min bir gecə» nağılları əsasında çəkilmiş «Ələddinin sehrli çırağı» filmindən (1966) qaynaqlanaraq yayılmışdır.
Filmin rejissoru Boris Rıtsarev, ssenari müəllifləri Viktor Vitkoviç və Qriqori Yaqdfelddir. İfadə filmin qəhrəmanlarının birinin dilindən bu şəkildə işlədilmişdir: «Bilirsənmi mən niyə 85 il yaşamışam? Ona görə ki hər yerdə və hər zaman demişəm ki, Bağdadda həmişə sakitlikdir».
Məsəllər, deyimlər