Reklam
Reklam

Məsəllər, deyimlər

ARALARINDAN QARA PİŞİK KEÇİB

►Kimlərinsə arasında mübahisə, inciklik olduğunu bildirən ifadə.

İfadə xalq inancı ilə bağlı yaranıb yayılmışdır.

Qədim Misirdə pişik müqəddəs heyvan hesab edilərdi, öləndən sonra insanlarda olduğu kimi onların da cəsədini mumiyalayardılar. Misirdən Yunanıstana gətirilmiş bu ev heyvanı orada da uzun müddət ekzotik, «kübar» heyvan hesab edilirdi. O zamanlar evlərdə siçan tutmaq üçün samur və safsardan istifadə edirdilər. Bəzi davranışlarına görə Avropanın bir çox xalqları, o cümlədən qədim germanlar pişiyi hətta ilahiləşdirirdilər.

Orta əsrlərdə gecə həyatına görə pişiklər mövhumatın qorxu alətinə çevrildi, əsasən, bu vəziyyətdə qara pişiklərin bəxti gətirmədi. Əgər yolu qara pişik keçirdisə, bu, pis əlamət hesab edilirdi. Mübahisə edən dostlar haqqında məcazi mənada «aralarından qara pişik keçib» deyirlər.

Məsəllər, deyimlər