►Başqalarından yüksək ağlı və biliyi ilə fərqlənən müdrik, elmli adamlar haqqında el arasında işlədilən ifadə.
İfadə slavyan xalqlarının insanın alın quruluşu barədə inancından qaynaqlanmışdır.
Qədim slavyanlar belə düşünürdülər ki, bir qədər böyük və geniş alın insanın ağıllı olmasının əlamətidir. Buna görə də üz ölçülərinə nisbətən alnı bir qədər iri olan adama ağıllı və müdrik kimi yanaşırdılar. Alın nə qədər böyük olurdusa, təbii ki, qırışların sayı da bir o qədər çox olurdu və həmin adamın «müdriklik» dərəcəsi də o qədər yüksək qiymətləndirilirdi. Deyimdəki 7 rəqəmi də təsadüfi deyildir.
Qədim Avropa xalqlarında olduğu kimi, slavyanlar da 7 rəqəmini sehrli hesab edirdilər, buna görə də təəccüb, yaxud qürur yaradan hər şeyi məhz bu rəqəmlə əlaqələndirirdilər. Ona görə də bu xalqlar çox ağıllı, bilikli və müdrik adam haqqında hörmətlə «onun alnında yeddi qırış var» ifadəsini işlədirdilər.
Məsəllər, deyimlər