Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aleksandriya şeir forması

bir termin kimi işlədilməsi XII əsrə aid edilən “Makedoniyalı İsgəndər haqqında roman”la bağlıdır

On iki hecalı fransız şeir forması.

Misraların ortasında sezura, altıncı və on ikinci hecalarda mütləq vurğu tələb edir. Misralar cüt-cüt qafiyələnib beyt əmələ gətirir. İlk nümunəsi “Böyük Karlın Beytülmüqəddəs və İstanbula səyahəti” (XI əsr) sayılır. A.Ş.F. klassisizmin faciələrinin (M.Kornel və Ş.Rasinin) hakim şeir forması olub. Rus poeziyasında bu formadan ən çox istifadə edən A.S.Puşkin olub. O, A.Ş.F.-nda iki mindən artıq şeir yazıb.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti