Dilin daşıyıcıları tərəfindən aydın başa düşülən ümumişlək sözlər bazası; fəal lüğət, işlək lüğət.
Dilin aktiv lüğətinə ümumişlək olmayan sözlər – dialektizmlər, terminlər, arxaizmlər və s. daxil olmur. Lakin məşğuliyyətindən, yaşadığı regiondan, ümumi mədəni səviyyə və intellektindən asılı olaraq ayrı-ayrı fərdlərin aktiv lüğət bazası müxtəlif olur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti