Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

aktiv lüğət

Dilin daşıyıcıları tərəfindən aydın başa düşülən ümumişlək sözlər bazası; fəal lüğət, işlək lüğət.

Dilin aktiv lüğətinə ümumişlək olmayan sözlər – dialektizmlər, terminlər, arxaizmlər və s. daxil olmur. Lakin məşğuliyyətindən, yaşadığı regiondan, ümumi mədəni səviyyə və intellektindən asılı olaraq ayrı-ayrı fərdlərin aktiv lüğət bazası müxtəlif olur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti