Dünya okeanının 3000 metrdən 6000 metrədək dərinliyində olan hissəsi.
A.Z. Dünya okeanının 75%-ni əhatə edir, dib relyefi, əsasən, sualtı dağlar, platolardan ibarətdir. Bu zona üçün çox yüksək atmosfer təzyiqi (300-600 atm), suların zəif hərəkəti, duzluluq (35 promil) və temperatur sabitliyi (0...+2°C) xarakterikdir. Günəş işığının olmaması ilə əlaqədar burada canlı aləm, əsasən, bakteriyalardan ibarətdir. A.Z.-da yaşayan heyvanlar ya gözsüzdür, ya da gözləri çox iridir; onların bəziləri özlərindən işıq saçır.
Coğrafiya terminləri lüğəti