1. Bir şeyin yaxınına çəkmək, yaxınına gətirmək; bir şeyə yanaşdırmaq. □ Başmaqlarını bir-birinə yaxınlaşdırmaq. Maşını qapıya yaxınlaşdırmaq. Şkafı divara yaxınlaşdırmaq.
2. Aralarında daha sıx əlaqə və münasibət yaratmaq. Nəzəriyyə ilə təcrübəni bir-biri ilə yaxınlaşdırmaq. Elmlə istehsalatı bir-biri ilə yaxınlaşdırmaq. □ Nəzəriyyə ilə təcrübəni bir-biri ilə yaxınlaşdırmaq. Elmlə istehsalatı bir-biri ilə yaxınlaşdırmaq.
3. Məcazi mənada: aralarındakı ünsiyyəti daha da artırmaq, aralarında dostluq, yaxınlıq münasibəti yaratmaq. □ Zəhmət onları bir-birinə yaxınlaşdırdı.
4. Zaman etibarilə tezləşdirmək.
5. Oxşatmaq, bənzətmək, uyğunlaşdırmaq. □ Malı ən yaxşı nümunələrə yaxınlaşdırmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Hərəkət edərək bir şeyin yaxınına gəlmək, yaxın durmaq, yanaşmaq üzrə olmaq; yanaşmaq. □ Gəmi sahilə yaxınlaşır. Qatar stansiyaya yaxınlaşdı. Evə yaxınlaşmaq. Divara yaxınlaşıb durdum.
2. Həmsərhəd olmaq, yanbayan olmaq.
3. Getdikcə yaxşı eşidilməyə, görünməyə başlamaq (səs, işıq haqqında). □ Adamların hay-küyü yaxınlaşır. C.Məmmədquluzadə.
4. Çatmaq, yetişmək, olacağına çox az qalmaq (vaxt, zaman və s. haqqında). □ Böhran yaxınlaşır. Bayram yaxınlaşmaqdadır.
5. Yaxın əlaqə, ünsiyyət yaratmaq, yaxın olmaq, aralarından dostluq münasibəti yaratmaq. □ Onları tanış edib yaxınlaşdırmaq lazımdır.
6. Oxşamaq, bənzəmək, uyğun gəlmək.
7. Məcazi mənada: yaxın olmaq, əlaqədar olmaq, mənafeyinə, tələbinə cavab vermək. □ Ədəbiyyat getdikcə daha artıq həyata yaxınlaşır.
8. Yanaşmaq, öz münasibətini bildirmək. □ Kərim heç bir zaman işə soyuqqanlı, sakit ürəklə yaxınlaşa bilmirdi. (M.İbrahimov).
Azərbaycan dilinin izahlı lüğəti1. Məsafə etibarilə çox uzaq olmama, yaxın olma, yaxın yer, ətraf. □ Qəsəbənin dəmir yoluna yaxınlığı. Bazarın evə yaxınlığı. Yolun yaxınlığı. Bu vaxt, birdən yaxınlıqda oxunan bir mahnı eşidildi. (İ.Əfəndiyev).
2. Zaman etibarilə uzaq olmama, yaxın olma; yaxınlaşma. □ Qışın yaxınlığı. İmtahanların yaxınlığı.
3. Yaxın münasibət, yaxın əlaqə; yoldaşlıq, dostluq münasibəti. □ İnsanlar arasında yaxınlıq.
4. Uyğunluq, oxşarlıq, bənzərlik. □ Tərcümənin orijinala yaxınlığı.
Azərbaycan dilinin izahlı lüğəti1. Həm yaxın, həm uzaq, müxtəlif. □ Bu xəbəri eşidən yaxın-uzaq yerlərdən qəhvəçi dükanına gəlib Qəribin oxumasına qulaq asırdılar. (“Aşıq Qərib”).
2. Zərf kimi: gec-tez. □ Nədənsə yaxın-uzaq Ruqiyyənin mənə vasil olmasını könlüm mənə anlatmışdı. (A.Divanbəyoğlu).
Azərbaycan dilinin izahlı lüğəti