1. Bir şeyin yaxınına çəkmək, yaxınına gətirmək; bir şeyə yanaşdırmaq. □ Başmaqlarını bir-birinə yaxınlaşdırmaq. Maşını qapıya yaxınlaşdırmaq. Şkafı divara yaxınlaşdırmaq.
2. Aralarında daha sıx əlaqə və münasibət yaratmaq. Nəzəriyyə ilə təcrübəni bir-biri ilə yaxınlaşdırmaq. Elmlə istehsalatı bir-biri ilə yaxınlaşdırmaq. □ Nəzəriyyə ilə təcrübəni bir-biri ilə yaxınlaşdırmaq. Elmlə istehsalatı bir-biri ilə yaxınlaşdırmaq.
3. Məcazi mənada: aralarındakı ünsiyyəti daha da artırmaq, aralarında dostluq, yaxınlıq münasibəti yaratmaq. □ Zəhmət onları bir-birinə yaxınlaşdırdı.
4. Zaman etibarilə tezləşdirmək.
5. Oxşatmaq, bənzətmək, uyğunlaşdırmaq. □ Malı ən yaxşı nümunələrə yaxınlaşdırmaq.
Azərbaycan dilinin izahlı lüğəti