1. Hərəkət edərək bir şeyin yaxınına gəlmək, yaxın durmaq, yanaşmaq üzrə olmaq; yanaşmaq. □ Gəmi sahilə yaxınlaşır. Qatar stansiyaya yaxınlaşdı. Evə yaxınlaşmaq. Divara yaxınlaşıb durdum.
2. Həmsərhəd olmaq, yanbayan olmaq.
3. Getdikcə yaxşı eşidilməyə, görünməyə başlamaq (səs, işıq haqqında). □ Adamların hay-küyü yaxınlaşır. C.Məmmədquluzadə.
4. Çatmaq, yetişmək, olacağına çox az qalmaq (vaxt, zaman və s. haqqında). □ Böhran yaxınlaşır. Bayram yaxınlaşmaqdadır.
5. Yaxın əlaqə, ünsiyyət yaratmaq, yaxın olmaq, aralarından dostluq münasibəti yaratmaq. □ Onları tanış edib yaxınlaşdırmaq lazımdır.
6. Oxşamaq, bənzəmək, uyğun gəlmək.
7. Məcazi mənada: yaxın olmaq, əlaqədar olmaq, mənafeyinə, tələbinə cavab vermək. □ Ədəbiyyat getdikcə daha artıq həyata yaxınlaşır.
8. Yanaşmaq, öz münasibətini bildirmək. □ Kərim heç bir zaman işə soyuqqanlı, sakit ürəklə yaxınlaşa bilmirdi. (M.İbrahimov).
Azərbaycan dilinin izahlı lüğəti