Reklam
Reklam

Bütün lüğətlər

flüger

holl. vleugel – qanad

Küləyin istiqamətini müəyyənləşdirmək üçün istifadə olunan meteoroloji cihaz.

F. şaquli ox üzərində yerləşdirilmiş və küləyin əsdiyi səmtə dönən metal lövhədən (bayraqdan) ibarətdir.

Coğrafiya terminləri lüğəti

fotobiosfer

yun. photos – işıq + yun. sphaira – kürə, təbəqə

Biosferin günəş şüaları ilə işıqlandırılan qatları.

F.-ə qurunun səthi və hidrosferin üst qatı daxildir.

Coğrafiya terminləri lüğəti

fotoplan

yun. photos – işıq + lat. planum – müstəvi

Yer səthinin kartoqrafik məqsədlər üçün hazırlanmış dəqiq fotoqrafik planı.

F. xüsusi cihazlarda üfüqi vəziyyətə və eyni miqyasa salınmış fotoşəkilləri deformasiya olunmayan lövhə üzərinə yerləşdirməklə hazırlanır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

fototopoqrafiya

yun. photos – işıq + yun. topos – yer + yun. grapho – yazıram

Geodeziya elminin xüsusi qaydalar üzrə işlənmiş fotoşəkillər əsasında topoqrafik xəritələr hazırlamaqla məşğul olan sahəsi.

F.-da, əsasən, havadan çəkilmiş aerokosmik şəkillərdən istifadə olunur.

Coğrafiya terminləri lüğəti

friqana

yun. phryganon – çör-çöp

Quraq iqlim şəraitində parçalanmış dağ yamaclarında bitən, alçaqboylu, adətən, həmişəyaşıl kserofit kol və yarımkollar.

Bu bitki qrupuna xoşətirli bir çox kollar (lavanda, rozmarin, yovşan), qaratikan, ardıc, yulğun və s. daxildir. F. subtropik iqlim qurşağının Aralıq dənizi tipinin hakim olduğu ərazilərdə üstünlük təşkil edir və Balkan, Kiçik Asiya, Krım yarımadalarında, Kipr, Siciliya adalarında geniş yayılıb. Azərbaycanda F.-ya Naxçıvan, Qobustan, Acınohur və Ceyrançöldə, qeyri-münbit torpaqlara malik daşlı dağ yamaclarında daha çox rast gəlinir.

Coğrafiya terminləri lüğəti

fumarol

it. fumarola < lat. fumo – tüstü

Vulkanın kraterində və yamaclarında yerin altından qaz sızan çatlar, deşiklər.

F. daha çox vulkanların püskürmə mərhələsindən sönmə mərhələsinə keçid dövrü üçün səciyyəvidir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti