Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

vulkan qazları

Vulkan püskürməsi zamanı və püskürmədən sonra kraterdən, lava axınlarından, vulkan yamaclarındakı çatlardan və piroklastik süxurlardan ayrılan qazlar.

V.Q.-nın temperaturu və tərkibi vulkanın fəaliyyət mərhələsindən asılı olaraq dəyişir. Temperaturu 100°C-dən aşağı qazlar mofetlər və ya karbon qazlı fumarollar, temperaturu daha yüksək olan qazlar və onların çıxdığı sahə solfatarlar adlanır. V.Q.-nın tərkibində əksər hallarda su buxarı üstünlük təşkil edir (50-99%-dək). Azalma ardıcıllığı ilə V.Q. karbon qazından, karbon oksidindən, azotdan, hidrogendən, metandan, xlordan və kükürd birləşmələrindən ibarətdir. Yeraltı sular olan zonalardan keçən V.Q. isti su mənbələri yaradır.

Coğrafiya terminləri lüğəti