1. Hər hansı bir şeyə olan və onsuz keçinmək mümkün olmayan tələbat, gərəklik, lüzum. □ Dosta ehtiyacı olmaq.
2. Yoxsulluq, kasıblıq. □ Ehtiyac içində yaşamaq.
Həmçinin bax:
1. Gələcəkdə lazım olacağı nəzərdə tutulub tədarük edilmiş, saxlanmış şey. □ Ərzaq ehtiyatı. Taxıl ehtiyatı. Mal ehtiyatı.
2. Zərurət, ehtiyac hiss edildikdə istifadə edilən (şey). □ Toxunulmaz ehtiyat. Ehtiyat qüvvələri. Ehtiyat fondu.
3. Hələlik istifadə edilməyən, lakin mövcud olan şeyin miqdarı (çox vaxt cəm şəklində işlənir). □ Kömür ehtiyatı. Neft ehtiyatı.
4. Müharibə vaxtı orduda xidmətə yarayan, hərbi uçotda olan vətəndaşlar. □ Ehtiyata buraxmaq. Ehtiyatda olanları orduya çağırmaq.
1. Təhlükəni nəzərə alaraq, tədbirli, üsullu hərəkət etmə, davranma. □ Ehtiyat igidin yaraşığıdır. (Atalar sözü). Düşmən zəif olsa da, ehtiyatı əldən vermə. (Atalar sözü).
2. Qorxma, çəkinmə saqınma. □ İşin çətinliyindən ehtiyat etmək. Soyuqdan ehtiyat etmək.
Həmçinin bax:
1. Öz hərəkətlərində, işində ehtiyat gözləyən, meydana çıxa biləcək hər bir ehtimala qarşı lazımi tədbir görən. □ Ehtiyatlı işçi. Ehtiyatlı oğulun anası ağlamaz. (Atalar sözü).
2. Zərf kimi: ehmallı, üsullu, ehtiyatla. □ Qoy bizə gülməsin nə dost, nə də yad; Ehtiyatlı danış, ehtiyatlı dur! (S.Vurğun).
3. Tədarüklü, gələcək üçün ehtiyat saxlayan, tədarük edib saxlayan. □ Ehtiyatlı qadın. Ehtiyatlı ev.
1. Ehtiyat gözləməyən, işin dal-qabağını, gözləməyən, qabaqcadan tədbir görməyən, tədbirsiz, üsulsuz. □ Ehtiyatsız adam.
2. Zərf kimi: tədbirsiz, üsulsuz. □ Ehtiyatsız iş görmək. Ehtiyatsız davranmaq.
3. Heç bir ehtiyatı, tədarükü olmayan. □ Ehtiyatsız ev.