bir sözü mürəkkəb adların tərkibində işlənərkən tək, vahid, təkcə, yeganə, bircə mənasını ifadə edir.
Rəvayətlərə görə, rəqəmlərin hər biri müəyyən rəmzi məna daşıyıcısıdır. Dini rəvayətlərdə bir vahid, tək olana (Alla ha) işarədir. Dilimizin antroponimik vahidlər sistemində bir müstəqil ad kimi deyil, mürəkkəb şəxs adlarının tərkibində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Birca adı və arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Bircəxan (bax: ad – BİRCƏ; XAN) kişi adı yeganə xan, bircə xan, bircə başçı, tək olan xanlardan (biri), tayıbərabəri olmayan zabitəli (şəxs) anlamına gəlir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən bir və kiçi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Birkişi (bax: ad – BİR; KİŞİ) kişi adı kişilik xüsusiyyətlərinə malik tək olan (şəxs), el arasında əsl kişi kimi tanınan (şəxs), yeganə, vahid kişi (əsl kişi xüsusiyyətlərinə malik) anlamındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiboran sözü həddən artıq külək, çovğun, qasırğa, həmçinin müsibət, fəlakət, bəla mənasını ifadə edir.
Deyilənə görə, erkən dövrlərdə Boran adını boranda doğulan övladlara qoyarmışlar. Boran qədim adlardan olsa da, soyad kimi formalaşmamışdır. Məcazi mənada da işlənir. Məsələn, Dost yolunda boran olar, qar olar atalar sözündə məcazi mənada işlənən boran sözü çətinlik, cəfaya mübtəla olmaq kimi anlamları ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiböyük sözü bir neçə mənada işlənə bilir: 1. Kəmiyyət etibarilə, ölçü cəhətdən iri, yekə mənasındadır; 2. Bəzi isimlərin qarşısında işlənməklə mənanı gücləndirə bilir; 3. Çox güclü, çox şiddətli; 4. Həcmcə, sayca, miqdarca, ölçü etibarilə iri olan; 5. Sayca çox, külli miqdarda; 6. Çox güclü, çox şiddətli; 7. Dahi, ulu, qeyriadi zəka sahibi olan; 8. Fövqəladə tarixi və xüsusi əhəmiyyəti olan; 9. Çox mühüm, əhəmiyyətli olan, vacib olan; Başçı, rəhbər, idarə edən, yüksək vəzifə sahibi; 11. Çoxluq anlamını ifadə edə bilir; 12. İri, nəhəng. Böyük şəxs adı olaraq sözün əsasən doqquzuncu mənası ilə əlaqədardır.
Yəni çox mühüm, əhəmiyyətli anlamındadır. Böyük kişi adı özündə həm də böyüklük, bir növ, əzəmət, fövqəladə səlahiyyət, başçı, rəhbər, mənəvi cəhətdən ucalıq, bir sözlə, hər cəhətdən böyüklük ehtiva edir. Bu gün Azərbaycan antroponimikasında Böyük müstəqil şəxs adı kimi mövcud olmasa da, bir çox mürəkkəb qadın və kişi adlarının tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Böyük adı və arxaikləşmiş ağa titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Böyükağa (bax: ad – BÖYÜK; AĞA) kişi adı vəzifə sahibi olan, səlahiyyətləri olan, hörmətli başçı, idarə edən anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların yaranmasında işlənən Böyük adı və arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Böyükbəy (bax: ad – BÖYÜK; BƏY) kişi adı Böyük bəy anlamını ifadə edir.
C.Cabbarlının “Mahnı dağlarda qaldı” əsərinin əsas qəhrəmanlarından olan Böyük bəy surəti ilə ədibin nə qədər zəngin düha sahibi olduğu bir daha görünür. Sosializm quruluşunun təbliği ideyasını aşılayan əsərdə quruluşun yaranmasına etiraz edən və bunu bütün əməlləri ilə sübut edən Böyük bəy nəinki o dövrdə, bu günə qədər də əsl kişi obrazı kimi yadda qalmışdır. Dahi sənətkar Böyük bəy adından üslubi çalarlığı gücləndirmək üçün istifadə etmiş və buna tam nail olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən Böyük adı və arxaikləşmiş Xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Böyükxan (bax: ad – BÖYÜK; XAN) kişi adı fövqəladə, çox böyük səlahiyyətləri olan xan, hörmətə layiq xan, tanınmış, nüfuzlu xan anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən böyük və kiçi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Böyükkişi (bax: ad – BÖYÜK; KİŞİ) kişi adı əzəmətli adam (kişi), böyük hörmət sahibi, əsl kişilik xüsusiyyətlərinə malik olan (adam), insanlığı ilə hörmət qazanmış kişi, hörmətə layiq kişi anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibudaq sözü ağacların, eləcə də kolların gövdə hissəsindən ayrılan hissə, şaxə, qol, həmçinin ağacın budağı, şaxəsi mənasındadır. Lakin bu ad sadəcə bitki aləmi ilə əlaqədar deyildir. Dilimizdə budaqlanmaq, min budaq olma, yəni artmaq, inkişaf etmək, insanların işlərinin hərtərəfli yaxşı getməsi ifadəsi mövcuddur. Bu yönümdən yanaşdıqda Budaq şəxs adı ailədə inkişaf, davam, artım mənasındadır.
Təktək adlardandır ki, oğuz babalarımızdan bu günə qədər gəlib çatmışdır. “KitabiDədə Qorqud” dastanlarında da Budaq adına (Qaragünə oğlı Qarabudaq, Qaragünə oğlı Dəli Budaq, Qaragünə oğlı Budaq, Qarabudaq bay) rast gəlirik. Müasir Azərbaycan dilində budaq sözünün işləndiyi alqış məzmunlu ümumişlək ifadələr kifayət qədərdir. Məsələn, Bala, sani min budaq olasan! (Yəni həyatında yaxşılığa artım olsun), Filankas hala tazataza budaqlanır (işləri təzəlikcə qaydasına düşür) və s. Məlumdur ki, yeni dünyaya gəlmiş hər bir övlada ad verilərkən valideynlərin ürəyində arzular baş qaldırır. Budaq adı da, fikrimizcə, bu ifadələrin məzmununda olan alqış məzmunu ilə əlaqədardır. Adın məcazı mənası da maraqlıdır. Valideynin oğul övladına münasibəti əks edilir. Oğul budaqdır, ailənin inkişafı, davamıdır. Nəslin ağaca bənzədilməsi dünyanın əksər millətlərində vardır. Məsələn, ərəblər ağaca “şəcər”, ailə sülaləsinin qollarını göstərən cədvələ isə “şəcərə” deyirlər. Avropa xalqlarının əksəriyyəti həmin cədvəli “genealoji ağac” adlandırır. Budaq babalarımızın, nənələrimizin gözəlliyə münasibəti baxımından da maraqlıdır. Onlar üçün gözəllik konkret, real olmuşdur. Onlar yaşıllaşan ağaca baxanda, budaqlarının təzə açmış yarpaqlarını görəndə sevinir, dağ başında gül görürkən zövq alırdılar. Budaqov soyadı da Azərbaycanda geniş yayılmışdır. Adın daşıyıcılarından coğrafiya elmləri doktoru, professor, AMEAnın həqiqi üzvü, uzun illər Coğrafiya İnstitutunun direktoru vəzifəsində çalışmış Budaq Budaqov (1928–2012) Azərbaycan elminin inkişafında xidmətləri olmuş alimlərdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti