böyük sözü bir neçə mənada işlənə bilir: 1. Kəmiyyət etibarilə, ölçü cəhətdən iri, yekə mənasındadır; 2. Bəzi isimlərin qarşısında işlənməklə mənanı gücləndirə bilir; 3. Çox güclü, çox şiddətli; 4. Həcmcə, sayca, miqdarca, ölçü etibarilə iri olan; 5. Sayca çox, külli miqdarda; 6. Çox güclü, çox şiddətli; 7. Dahi, ulu, qeyriadi zəka sahibi olan; 8. Fövqəladə tarixi və xüsusi əhəmiyyəti olan; 9. Çox mühüm, əhəmiyyətli olan, vacib olan; Başçı, rəhbər, idarə edən, yüksək vəzifə sahibi; 11. Çoxluq anlamını ifadə edə bilir; 12. İri, nəhəng. Böyük şəxs adı olaraq sözün əsasən doqquzuncu mənası ilə əlaqədardır.
Yəni çox mühüm, əhəmiyyətli anlamındadır. Böyük kişi adı özündə həm də böyüklük, bir növ, əzəmət, fövqəladə səlahiyyət, başçı, rəhbər, mənəvi cəhətdən ucalıq, bir sözlə, hər cəhətdən böyüklük ehtiva edir. Bu gün Azərbaycan antroponimikasında Böyük müstəqil şəxs adı kimi mövcud olmasa da, bir çox mürəkkəb qadın və kişi adlarının tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti